Ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu dövr ərzində çimərliklərdən istifadəyə icazə verilməyəcək.
Oxu24.com xəbər verir ki, bunu Qazet.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov vətəndaşları koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə ciddi əməl etməyə çağırıb.
"FHN və DİN bu günlərdə gücləndirilmiş iş rejiminə keçib. Hər iki qurum çimərliklərdən istifadənin qarşısını almaq üçün müvafiq tədbirlərə başlayıb. FHN müvafiq qüvvələri DİN ilə birgə fəaliyyətdə Xəzər dənizinin Bakı - Sumqayıt şəhərləri və Abşeron rayonu sahili boyu həm quruda, həm də qayıqlarla dənizdə, eləcə də Lənkəran, Masallı və Cəlilabad rayonlarında patrul xidməti aparır",- deyə İ. Kərimov qeyd edib.
Xatırladaq ki, ölkədə sərtləşdirilmiş karantin rejimi 5 iyul saat 06:00 tarixinə qədər davam edəcək.
Oxu24.com
ŞƏRHLƏR