Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33641
az

SON DƏQİQƏ! Mərkəzi Bank dollarla bağlı açıqlama yaydı

18:2322 İyun, 2020
1714
İQTİSADİYYAT
  • A

Məlum olduğu kimi hazırda bütün dünyada koronavirus (COVİD 19) infeksiyasının yayılması nəticəsində bir çox məhdudiyyətlər tətbiq edilir.

Azərbaycan Banklar Assosiasiyasından (ABA)  Oxu24.com-a  verilən məlumata görə, bununla əlaqədar olaraq, ölkədə tətbiq edilən müvafiq məhdudiyyətlərə baxmayaraq banklar yaranmış riskli şəraitdə vətəndaşlara xidmət göstərməyə davam etmiş, mümkün qədər müştəri məmnuniyyətinin təmin edilməsi və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri çərçivəsində vətəndaşların bütün növ bank xidmətlərinə, o cümlədən xarici valyutaya olan tələblərinin tam ödənilməsi üçün fasiləsiz çalışıblar. 

Son günlərdə bəzi mətbu orqanlarında və sosial şəbəkələrdə banklar tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni tələbləri çərçivəsində xarici valyuta əməliyyatlarının həyata keçirilməsi üzrə yeni məhdudiyyətlərin tətbiq edilməsi barədə məlumatlar və müzakirələr yer almışdır.

Məlumatda bildirilir ki, banklar tərəfindən hazırkı dövrdə xarici valyuta üzrə mübadilə əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar hər hansı bir yeni qayda tətbiq edilmir və bununla bağlı banklara hər-hansı yeni prosedurların müəyyən edilməsi ilə əlaqədar Mərkəzi Bankdan sənəd daxil olmamışdır. Hazırda ölkəmizdə həyata keçirilən kölgə iqtisadiyyatına qarşı mübarizə, şəffaflığın təmin edilməsi tədbirləri çərçivəsində banklar mövcud qanunvericliklə onlara həvalə edilmiş vəzifələrini tam həcmdə həyata keçirilməsini təmin edirlər. 

"Vətəndaşlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş karantin rejiminin tələblərinə əməl etməklə istənilən bankda valyuta mübadiləsi əməliyyatlarını mövcud qanunvericiliyin tələbləri çərçivəsində, heç bir əlavə məhdudiyyət və maneə olmadan tam həcmdə həyata keçirə bilərlər", - deyə ABA-dan bildirilib.  

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir
Azərbaycanda Torpaq Məcəlləsi dəyişdi
“Azeri Light” nefti ucuzlaşdı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi