Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33635
az

ŞAD XƏBƏR! Azərbaycanlı professor koronavirusun yoxa çıxacağı dəqiq tarixi söylədi

17:2522 İyun, 2020
3116
REDAKTORUN SEÇİMİ
  • A

"Bu gün real olaraq Bakı şəhərində bütün xəstəxanalar imkanlarını mobilləşdirsə, təxminən 7 min xəstənin yatmasına imkan var. Axı bu qədər personal, tibb bacıları, həkim yoxdur ki, onlara xidmət göstərə. Ona görə də insanlar diqqətli olmalıdırlar".

Oxu24.com  Milli.Az-a istinadən xəbər verir ki, bunu tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O, təəssüflə bildirib ki, bütün ağırlaşan xəstələrin böyük əksəriyyəti vaxtında həkimə müraciət etməyənlərdir:

"Böyük bir yoluxma potensialı ilə üz-üzəyik. Təcrübə göstərir ki, COVİD-19 klinik olaraq bütün əlamətləri ortaya çıxdığı halda bəzən testlər mənfi olur. Yəni, test ayrıca bizə tam dəqiqliyi ilə bir şey deyə bilmir. Test ümumi bir müayinə prosesində diaqnostikanın bir elementi kimi götürülə bilər.

Tək testə güvənmək olmaz. İnsanlarda COVİD-in klinik əlamətləri varsa, təngnəfəslik, qızdırma, halsızlıq, ağciyərlərdə konkret COVİD xarakterli dəyişiklik, "buzlu şüşə" sindromu və s., bu, o deməkdir ki, xəstə yataq rejiminə keçirilməli və müalicə almalıdır. Vaxtında aparılan müalicə çox şeyin qarşısını ala bilir.

Təəssüflər olsun ki, bütün ağırlaşan xəstələrin böyük əksəriyyəti vaxtında həkimə müraciət etməyənlərdir. Xeyli xəstələrdə xəstəlik subklinik (əlamətsiz - red) formada keçir, xüsusilə də uşaqlarda və bəzən uşaqlar özləri yoluxma mənbəyi kimi çıxış edirlər".

Professor koronavirusun 8-9 aya yoxa çıxacağını bildirib:

"Müəyyən şarlatanlar, müəyyən adamlar ortaya çıxıb reseptlər deyirlər, "Ay camaat, koronanın dərmanı tapıldı". Bunlar boş şeydi.

Xəstəlik simptomatik müalicə olunur, xəstəliyin spesifik müalicəsi yoxdur. Yalnız "Remdesivir", hələlik ilkin olaraq iki yüngül formada istifadə edilir. ÜST-ün təlimatına əsasən maye formasında ilk 5 gün verilir. "Arbidol" boş şeydi, camaat heç onu axtarıb almasın. Mənasız bir şeydir o. Daha çox vitaminlər köçürtmək lazımdır.

Əgər immun sistemdə paradoksal reaksiya getsə, "imunasupresoare"lərdən istifadə olunmalıdır. İkinci, infeksiyada antibiotik istifadə olunur, qızdırmanı salmaq, qanı durulaşdırmaq üçün isə "Parasetamol" və s. Yəni, bunları da həkim təyin etməlidir.

Xəstə özbaşına müalicə ala bilməz. Bütün müalicə həkim tərəfindən təyin edilməlidir.

Vaksin məsələsinə, illüziyasına da insanlar qapılmasın. Bu virus 8-9 aya yoxa çıxacaq. Səbrli olmaq lazımdır. O müddətə qədər insanların davranışları adekvat olsa, biz, yəqin ki, bundan daha az itkilərlə çıxa bilərik".

Günün  təklif  olunan  videosu:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəngdən vəfat edən jurnalist Natəvan Babayevanın yarımçıq qalan həyat yolu - VİDEO
Hava ilə bağlı AÇIQLAMA
Ağadadaş Ağayevin balta atdığı gözətçi danışdı - Sensasion iddialar, şok gerçəklər! - VİDEO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi