Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33632
az

Azərbaycanda hər ailədə koronavirus sürətlə yayılacaq və... - Həkimdən ŞOK

15:3022 İyun, 2020
757
TİBB
  • A
COVID-19-a yoluxan insanların sayının artımı uzun müddət davam edərsə, hər bir evdə, hər bir ərazidə virusun yayılması sürətlənəcək və onun qarşısını almaq çox çətin olacaq. AZSABAH.COM xəbər verir ki, bunu Trend-ə Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti, koronaviruslu xəstələri müalicə edən Mirəsgər Əsgərov deyib. Azərbaycan dövlətinin koronavirusla mübarizə sahəsində bütün lazımı addımları atdığını deyən M.Əsgərov qeyd edib ki, ölkədə karantin rejiminin yumşaldılması yoluxma sayının artmasına səbəb oldu: “İnsanlarımız bu yumşalmanı düzgün anlamadılar. Onlar ictimai nəqliyyat vasitələrində, restoran və kafelərdə və s. ictimai yerlərdə ara məsafəni qorumadılar, tibbi maskadan istifadə etmədilər, şəxsi gigiyenik qaydalara, deyilən tövsiyələrə əməl etmədilər. Bu da öz növbəsində xəstə sayının getdikcə artmasına səbəb oldu. Bütün bunlara görə də sərt karantinin tətbiqi vacib şərt idi”. M.Əsgərov bildirib ki, COVID-19-la bağlı bacarıqlı mütəxəssislərin vasitəsilə KİV-lər tərəfindən aparılan təblığat da gücləndirilməlidir: “İnsanları hədə-qorxu yolu ilə, nəyəsə məcbur etməklə deyil, maarifləndirməklə başa salmaq olar. Hər birimiz ətrafımızdakı 5-10 insana bunu başa sala bilərik. Əgər biz “qaydaları pozanlara yalnız polis nəzarət etsin, avtobuslarda maska istifadə etməyənlərə sürücü baxsın” desək, bu, düzgün yanaşma olmaz. Biz bu məsələdə vətəndaş həmrəliyi nümayiş etdirməliyik”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi