Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33586
az

Mingəçevirdə ananın oğlu tərəfindən öldürülməsinin TƏFƏRRÜATI: Yatdığı yerdə...

21:1521 İyun, 2020
678
KRİMİNAL
  • A

Mingəçevirdə 46 yaşlı qadının qətli ilə bağlı bəzi məlumatlar üzə çıxıb.

Məlumata görə, qətlə yetirilən qadın oğlu tərəfindən yatmış vəziyyətdə bıçaqlanıb.

Mərhum B.Hacıyevanın anası Bəsti Babayevanın sözlərinə görə, gecə saatlarında nəvəsi 17 yaşlı E.Hacıyev anası Brilyant Hacıyevanı yatarkən öldürüb.

"Hadisədən səhər saatlarında xəbər tutdum. Nəvəmin qətli nədən törətməsindən isə xəbərsizəm. Səhər təxminən saat 8-də qonşunun oğlu qapımızı döydü, dedi qızın oğlu tərəfindən bıçaqlanıb. Soruşdum niyə? Biz evə çatanda meyiti morqa aparmışdılar. Nəvəmin anasına neçə bıçaq vurmasını bilmirəm, amma onu bilirəm ki, anasını yatmış vəziyyətdə bıçaqlayıb”.

Qeyd edək ki, E.Hacıyev faktla bağlı prokurorluq və polis əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qadının həyat yoldaşı bir neçə il əvvəl dünyasını dəyişib. Ailə üzvləri Ağdam rayonundan məcburi köçkündürlər.

Araşdırmalar davam etdirilir. (report)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi
Qusarda 83 yaşlı ata oğlunu güllələdi
Müdafiə Nazirliyinin bölmə müdiri HƏBS OLUNDU

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi