Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33554
az

Rayonlara gediş-gəliş bu formada mümkündür - RƏSMİ

14:0621 İyun, 2020
603
CƏMİYYƏT
  • A

Rayon istiqamətinə torpaq yolla keçmək istəyən şəxslər xüsusi texniki vasitələrlə cərimələnəcək.

Oxu24.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin cihazlar karantin postları istiqamətində olan yollarda quraşdırılacaq, karantin postlarında həmin avtomobillər qeydə alınmasa, torpaq yollarda dərhal qeydə alınıb cərimələnəcəklər. Ona görə də torpaq yollarla karantin postundan yayınmağa cəhd etməsinlər.

Onun sözlərinə görə, karantin postlarından yalnız ölkə ərazisində hərəkətə icazə veriləcək:

“Karantin postlarından rayonlara keçmək istəyənlər yalnız ezamiyyə vərəqəsi təqdim etməlidir. Yəni, işə gedib-gəlmək icazəsi olan şəxslər postlardan rayonlara keçə bilməyəcək. Həmin şəxslər yalnız iş yerindən ezamiyyə vərəqəsi almalı, həmin sənədi karantin postuna təqdim etməklə yalnız tək özü postdan rayona buraxılacaq. Digər şəxslər karantin postlarından geri qaytarılacaq”.

Qeyd edək ki, indiyə kimi 5000-ə yaxın avtomobil artıq karantin postlarından keçməyə cəhd edib. Onlar geri qaytarılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah bu ərazilərdə qaz olmayacaq
Hava ilə bağlı SARI XƏBƏRDARLIQ
Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti uzadılıdı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi