Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33543
az

Yol polisi sürücülərə MÜRACİƏT ETDİ

00:3621 İyun, 2020
1031
CƏMİYYƏT
  • A

Yol polisi avtomobil sahiblərinə və sürücülərinə müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Publika.az-a bildirib ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri karantin rejiminin tələblərini düzgün yerinə yetirsinlər, özlərini qorusunlar, başqalarının təhlükəsizliyinin təmin edilməsi üçün məsuliyyətlərini dərk etsinlər:

"Bir daha karantin rejimi tələblərinin yerinə yetirilməsinin vacib olmasını xatırladaraq sürücülərə və avtomobil sahiblərinə məlum sərt karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün tövsiyyə edirik ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları düzgün yerinə yetirilsin. Polis əməkdaşları tərəfindən isə təhlükəsizlik təmin edilir.Yoluxma hallarının qarşının alınması üçün sürücülər və sərnişinlər qoruyucu vasitələrdən istifadə etsinlər.
Hər bir sürücü məsuliyyətli olmalı, qaydalara uyğun hərəkət etməli, avtomobildə aparılan sərnişinlərin isə sənədləri düzgün olmalıdır".

“Zərurət yaranmadıqda sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə olunması tövsiyə olunur. Pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir nəqliyyat vasitəsinin sürücüsü məcbur qalmadıqda evdən bayıra çıxmasın. Sürücülərdən bir daha xahiş edirik ki, tələblərə uyğun hərəkət etsinlər”, - deyə V.Əsədov qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi