Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33534
az

Çox danışmaqdan niyə çəkinmək lazımdır?

20:5920 İyun, 2020
621
CƏMİYYƏT
  • A

Həyanın yaranmasına səbəb olan amillər də vardır, onun qarşısını alan maneələr də.

Həyanı yaradan amillərlə tanış olaq:

1. Ağıl. Həzrət Peyğəmbər (s) buyurur: "Ağıl, mülayimliyin yaranmasına səbəb olar. Mülayimlikdən - elm, elmdən - inkişaf, inkişafdan - iffət, iffətdən - özünə hakim olmaq, özünə hakim olmaqdan - həya, həyadan - vüqar, vüqardan - xeyir işə davam etmək və pis işə nifrət etmək hasil olar".

2. İman. İmam Sadiq (ə) buyurur: "Hər kimin həyası olmaz - onun imanı olmaz".

Həyaya mane olan amillər:

1. Pərdələrin aradan qalxması. İmam Kazım (ə) səhabələrinə tövsiyə edərdi: "Özünlə qardaşın arasında olan həya pərdəsini cırma və ondan bir qədərini saxla. Çünki onu aradan aparmaq - həyanı aradan aparmaqdır".

2. İnsanlara ehtiyac əlini uzatmaq. İmam Sadiq (ə) buyurur: "İnsanlara tərəf ehtiyac əlini uzatmaq - izzəti məhv edər və həyanı aparar".

İmam Səccad (ə) buyurur: "İnsanlara ehtiyac əlini uzatmaq - həyatda xarlıq və zillətə səbəb olar. Həmçinin həyanın aradan getməsinə və şəxsiyyətin alçalmasına gətirib çıxardar.

Belə ki, insan daima ehtiyac hiss edər. Nə qədər az insanlara əl açarsa və daha az yardım istəyərsə  - daha çox ehtiyacsızlıq hiss edər".

3. Çox danışmaq. İmam Əli (ə) buyurur: "Hər kim çox danışar - çoxlu xata yolu ilə gedər. O kəs ki, çoxlu xata edər - həyası az olar. O kəsin ki, həyası az olar - təqvası az olar. O kəsin ki, təqvası az olar - qəlbi ölər".

4. Şərab içmək. İmam Rza (ə) buyurur: "Allah Təala şərabı haram buyurmuşdur. Çünki şərab ağılları haqqı tanımaqda batil edər, həya və xəcaləti insanın üzündən silər". 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi