Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33520
az

SON DƏQİQƏ! Xəstəxana Bəhram Bağırzadə ilə bağlı məlumat yaydı

17:1520 İyun, 2020
967
SON DƏQİQƏ
  • A

“Bu günlərdə sosial şəbəkələrdə yayılan səs yazısı insanlar arasında çaşqınlıq yaradıb. Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadənin 10 gün əvvəl dostlarına ünvanladığı bu səs yazısında o, vəziyyətinin yaxşı olduğu bildirir. Xatırladaq ki, bu mesaj yazılarkən, hələ Bəhram Bağırzadə koronovirus testindən təzə keçmişdi və testin nəticəsi müsbət çıxmışdı”.

Bunu APA-ya açıqlamasında Mərkəzi Gömrük Hospitalının mətbuat katibi Dilara  Zamanova deyib.

D. Zamanovanın sözlərinə görə, ilk günlər vəziyyəti stabil olsa da, iyunun 13-də xəstənin vəziyyəti kəskin pisləşib və o, Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib:

“Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar. Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Çaşqınlıq yaradan və insanları koronavirusun bir oyun, şou olduğuna inandırmağa çalışan bir qrup insanın bu cür hərəkətləri kəskin ictimai qınaqla qarşılanmalıdır. Belə ki, Azərbaycan hökumətinin karantin rejimi ilə bağlı qəbul etdiyi qərarların həyata keçirilməsinə əngəl yaradır”. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Xaqocan" həbs olundu - SON DƏQİQƏ
TƏCİLİ XƏBƏR! Həmin cinayətin üstü açıldı +FOTO
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi