Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33501
az

Jurnalistlərin çölə çıxmasına icazə varmı?

13:3320 İyun, 2020
691
CƏMİYYƏT
  • A

"Jurnalistlərin adları çalışdıqları KİV tərəfindən icaze.e-gov.az saytına daxil edilməlidir".

Oxu24.com -un  məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K. Əliyev deyib ki, jurnalistin çalışdığı KİV Bakıda fəaliyyət göstərirsə o, Bakı, Sumqayıt və Abşeron ərazisində fəaliyyət göstərə bilər:

“Lakin, jurnalistlər bu icazə ilə ölkənin digər yerlərinə gedə bilməzlər. Bunun üçün jurnalistin çalışdığı KİV tərəfindən ezamiyyə vərəqəsi verilməlidir. Ezamiyyətdə isə konkret müddət göstərilməlidir. Yəni həm icaze.e-gov.az saytında qeydiyyat, həm də ezamiyyə vərəqi lazımdır”.

K. Əliyev qeyd edib ki, telekanallar efirə qonaq çağırarkən qonağın adını da icaze.e-gov.az saytında müddət qeyd etməklə əlavə etməlidirlər: “Bu da həmin qonağın verilişdə olub-olmadığını müəyyən edəcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah bu ərazilərdə qaz olmayacaq
Hava ilə bağlı SARI XƏBƏRDARLIQ
Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti uzadılıdı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi