Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33468
az

Sudan istifadə siqaretdən imtinaya kömək edir

22:4419 İyun, 2020
530
CƏMİYYƏT
  • A

Sudan istifadə zərərli vərdişlərdən xilas olmağa kömək edir. Su orqanizmdən zərərli maddələri yuyub təmizləməklə yanaşı, siqaret çəkənlərin nikotindən asılılığına məruz qalmasının qarşısını alır.

Oxu24.com  AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Rusiya İctimai Səhiyyə Assosiasiyasının prezidenti, Moskva Dövlət Tibb Universitetinin professoru Andrey Demin "Sputnik" radiosuna verdiyi müsahibədə söyləyib.

Professor deyib: "Siqaret çəkənin su ilə dolu şüşə qabı əlinə götürməsi onun əlinə başqa əşya götürməsinə imkan verməyəcək. Siqaret çəkmək əlləri məşğul edir, buna görə də bir içim su onu müəyyən dərəcədə əvəz edə bilər".

O qeyd edib ki, su siqaretdən imtina edəndən sonra meydana gələn baş ağrılarından qurtulmağa da yardım göstərir. "Çox vaxt siqaretdən imtina etdikdən sonra ilk həftələrdə baş ağrılarından şikayətlənirlər, çünki bədəndə nikotin çatışmazlığı yaranır. Əlavə su qəbulu həmin ağrıların öhdəsindən gəlməyə imkan verir", - deyə professor bildirib.

Suyun siqaretdən imtina edəndən sonra çəki artımı ilə üzləşənlərə də kömək etdiyini vurğulayan Andrey Demin deyib: "Suyun istehlakı orqanizmdə maddələr mübadiləsini sürətləndirir. Həmin vaxt yüksək kalorili qazlı içkilərdən imtina etmək və adi su içmək lazımdır. Bundan başqa, yeməkdən əvvəl su içmək qidanın miqdarını məhdudlaşdıra bilər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Alimlər beynin qocalması ilə bağlı mifi darmadağın ediblər
Kişilərin çoxu saçı bu rəngdə olan qadınları SEÇİRLƏR

Rusiya məktəbə getdi -MARAQLI

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Başqalarının maşınlarını "satış"a çıxaran şəxs saxlanıldı