Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25%-dən 7%-ə endirilməsi haqqında qərar qəbul edib.
Bu barədə Oxu24.com-a AMB-dən bildirilib.
Faiz dəhlizinin aşağı həddi 6,5%, faiz dəhlizinin yuxarı həddi isə 7,5% səviyyəsində müəyyən edilib.
Qeyd edək ki, 1 may 2020-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,25% və faiz dəhlizinin aşağı həddinin 6,75% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8%-ə endirilib.
Oxu24.com
ŞƏRHLƏR