Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33388
az

"Qızımın əri vəfat etdi" - Nazənin

18:5718 İyun, 2020
1148
ŞOU-BİZNES
  • A

Oxu24.com lent.az-a istinadən xəbər verir ki, sənətçi hadisəni bir müddətdir gizli saxladığını söyləyib. O bildirib ki, qızının ərinin vəfat etməsi onları çox sarsıdıb:

"Qızımın Qəhrəman adlı bir oğlu var. Onu çox istədiyimi özü bilir. Amma indi elə bil ki, Allah mənim balalarıma olan sevgimi alıb, ona verib. Niyə? Çünki atası rəhmətə getdi. Atasına bağlı uşaq idi. O mənim üçün həyatda hər şeydir. Kürəkənimin dünyasını dəyişdiyini bir müddət mətbuata bildirmədim. İlk dəfə açıqlayıram.

Atasız böyüyən uşaq yarımçıq olur. Həyatda onun sınmasını istəmirəm. Onun atasızlığı məni çox yandırır, sıxır. İçimdə özümə qarşı suallarım yaranır. Atasının qəbri üstünə tez-tez gedir. Allahdan ömür istəyirəm ki, mənə güc versin, nəvəmin xoş günlərini görüm. Atası rəhmətə gedəndən sonra uşaq sınıb. Kürəkənim ölməmişdən qabaq yazmışdı ki, yoldaşımı və oğlumu görmək istəyirəm. Danışa bilmirdi deyə, yazırdı. Ürək çatışmazlığından vəfat etdi. Getdilər, gördü. Amma sonda ata azyaşlı oğlunun çiyinlərində bu dünyadan köçdü. Tabutu aparanda Qəhrəman da tabutu çiyinlərində tutmuşdu".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Anar Ağakişiyevə qarşı dələduzluq - İki şəxs tərəfindən aldadıldı
Zülfiyyə Xanbabayeva qızının böyük uğur qazandığını ELAN ETDİ -FOTO
Könül Xasıyeva əməliyyat olundu -FOTO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi