Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33382
az

Pensiyaçılara mühüm xəbər

17:5818 İyun, 2020
313
CƏMİYYƏT
  • A

COVİD-19 pandemiyasına qarşı mübarizə çərçivəsində bankların filial və şöbələrində, eləcə də bankomatların qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də ünvanlı dövlət sosial yardımları üzrə istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının istifadə müddəti artırılacaq.


Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilir ki, kartların istifadə müddətinin 30 sentyabr 2020-ci il tarixinədək artırılması üçün Mərkəzi Bankı tərəfindən müvəkkil banklara müraciət olunub. Həmin müraciət müvəkkil banklar tərəfindən təmin olunaraq müvafiq ödəniş kartlarının istifadə müddəti avtomatik olaraq uzadılıb. Eyni zamanda, Mərkəzi Bank tərəfindən banklara müştərilərin istəyi ilə yeni emissiya edilmiş ödəniş kartlarının bankların texniki imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla kuryer vasitəsilə ünvana çatdırılması xidmətlərinin göstərilməsi də tövsiyə olunub.

Qeyd edək ki, hüquqi və fiziki şəxslər Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə Mərkəzi Bankın “966” qaynar xəttinə zəng edə bilərlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah bu ərazilərdə qaz olmayacaq
Hava ilə bağlı SARI XƏBƏRDARLIQ
Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti uzadılıdı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi