Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33374
az

Həftəsonu qadağasına görə bu şəxslərə pul verilə bilər - Ekspert AÇIQLADI

15:5918 İyun, 2020
1519
İQTİSADİYYAT
  • A

Azərbaycanda koronovirusa görə işsizlərə aprel-may aylarında 190 manat bir dəfəlik ödənişlər verildi. Bu ödənişlər iyunun birindən etibarən dayandırıldı. Lakin hələ də iş yerlərindən məhrum olan yüzlərlə insan var. Bundan başqa, həftəsonları tətbiq olunan sərt karantin rejimi zamanı da insanlar gündəlik qazanclarından məhrum olurlar.

Əhaliyə dövlət tərəfindən sosial yardım edilməsi yenidən gündəmə gələ bilərmi? Hansı formada yardım paketləri ayrıla bilər?

İqtisadçı ekspert Natiq Cəfərli Redaktor.az-a bildirib ki, həftəsonları tətbiq olunan sərt karantin rejimi həm biznesə, həm də günəmuzd işləyən vətəndaşlara ciddi təsir göstərib: 

"Azərbaycan hökümətinin karantin rejiminə görə istər bizneslə, istərsə də vətəndaşlarla bağlı qəbul etdiyi paket iyunun birində sona çatdı. Çünki, bu paketlər aprel-may aylarını əhatə edirdi. Bu aylarda 600 minə yaxın insan 190 manat məbləğində maddi dəstək ala bildi. Təbii ki, bu paket bitib. Amma bu ay ən azından 4 gün - şənbə və bazar günləri sərt karantin tədbirləri tətbiq olundu. Bu tətbiqetmələrin ayın sonuna qədər davam etməsi də mümkündür.  Bu da günəmuzd işləyənlərə, ümumiyyətlə biznes sahəsində çalışanlara, kafe-restoranlara, mağazalara çox ciddi təsir göstərdi. Amma əvəzində hökumət heç nə təklif etmədi".

Devalvasiya gözlənilir – Natiq Cəfərli – Rakus.az

İqtisadçı ekspert qeyd edib ki, sərt karantin rejimi ayın onuna qədər tətbiq edilərsə, ikinci bir təklif paketi ilə bağlı qərar qəbul olunmalıdır:

"Əgər ay ərzində bütün şənbə və bazar günləri bu cür olacaqsa, 8 gün həm günəmuzd işləyənlər vəsait qazana bilməyəcəklər, həm də biznesə ağır zərbə olacaq. Azərbaycan hökuməti gecikmədən daha böyük bir yardım paketinin qəbul olunmasına qərar verməlidir. Burda iki istiqamət ola bilər: karantinin özünün vurduğu ziyanların aradan qaldırılması üçün yeni tədbirlər planı, postkarantin dönəmində biznesin çarxlarının dönməsi, biznesin fəaliyyətinin yenidən bərpa olunması üçün yeni dəstək proqramlarının qəbul olunması. Amma çox təəssüf ki, bununla bağlı ciddi müzakirələr aparılmır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir
Azərbaycanda Torpaq Məcəlləsi dəyişdi
“Azeri Light” nefti ucuzlaşdı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi