Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33363
az

Azərbaycanda daha bir nazirliyin 25 əməkdaşı koronavirusa yoluxdu - RƏSMİ

11:3918 İyun, 2020
569
TİBB
  • A

“Hazırkı dövrədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 əməkdaşı koronavirus infeksiyasına yoluxub”.

Bu barədə Oxu.Az-ın sorğusuna qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, onlardan üçü Dövlət Məşğulluq Xidmətinin işçisi (bir nəfər 5 saylı ərazi Məşğulluq Mərkəzinin (Xətai, Nəsimi, Zəngilan), bir nəfər 4 saylı ərazi Məşğulluq Mərkəzinin (Nərimanov, Binəqədi, Şuşa), bir nəfər Şəmkir rayon Məşğulluq Mərkəzinin əməkdaşıdır); altısı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin işçisi (iki nəfər Xidmətin aparatının, üç nəfər Protez-Ortopedik Bərpa Mərkəzinin, bir nəfər Yevlax Əlilliyi olan şəxslərin Bərpa Mərkəzinin əməkdaşıdır); 16 nəfər isə Dövlət Sosial Müdafiə Fondunun işçisidir (bir nəfər Fondun Aparatının, 11 nəfər Qobustan şəhər şöbəsinin, dörd nəfər Yevlax şəhər şöbəsinin əməkdaşıdır).

Xəstələrin vəziyyəti yaxşıdır. Müalicələri davam etdirilir.

Paralel olaraq nazirlik əməkdaşlarının virusdan qorunması üçün ciddi profilaktik tədbirlər davam edir. Əməkdaşlar arasında bu istiqamətdə maarifləndirmə və digər zəruri tədbirlər görülür. 

Nazirlik də hər kəsi aidiyyəti qurumların çağırışlarına ciddi əməl etməyi, virusdan qorunma üçün tətbiq edilən izolyasiya və gigiyenik tədbirləri gündəlik həyat tərzinə çevirməyə çağırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi