Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33354
az

SON DƏQİQƏ! Həftəsonu sərtləşdirilmiş karantin rejimi ilə bağlı Səhiyyə Nazirliyi AÇIQLAMA verdi

09:5518 İyun, 2020
4148
  • A

Həftə sonları tətbiq edilən sərtləşdirilmiş karantin rejimi aylıq karantin rejimi ilə əvəz edilə bilər.

Oxu24.com  xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə müsahibəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.
Onun sözlərinə görə, hazırkı vəziyyətdə vətəndaşlar karantin qaydalarına ciddi əməl etməsələr, qısa müddətdə gündəlik yoluxma rəqəmləri 600-700-ə yüksələcək. Yoluxma sayının daha da artacağı təqdirdə uzunmüddətli sərtləşdirilməyə keçid qaçılmaz olacaq.

Amma qurum rəsmisi hesab edir ki, həftənin iki günü ciddi karantin rejiminin tətbiqi və hərəkətin tam məhdudlaşdırılması indiki vəziyyət üçün qaneedici metoddur. Bu metod yoluxma hallarını stabilləşdirməyə və kəskin artımın qarşısını almağa hesablanıb.

Nabil Seyidov bildirib ki, hazırda sərtləşdirilmiş karantin günlərinin sayının uzadılmasına ehtiyac olmasa da, gələcəkdə Türkiyə təcrübəsindən yararlanmaq istisna edilmir.

Qeyd edək ki, Türkyədə 65 yaşlı vətəndaşların və yaşı 18-dən aşağı olan şəxslərin evdən çölə çıxmalarına müəyyən müddət ərzində məhdudiyyətlər qoyulmuşdu.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Metroda qadınların davası +VİDEO
Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat