Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33329
az

"Semaşko"dan əlavə daha bir xəstəxana koronaviruslu xəstələr üçün ayrıldı

18:4517 İyun, 2020
417
CƏMİYYƏT
  • A

Bu gündən Göyçay Rayon Mərkəzi Xəstəxanası "COVİD-19"la mübarizə xəxtəxanası kimi fəaliyyət göstərməyə başlayıb.

Oxu24.com APA-ya istinadən xəbər verir ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov bu səhiyyə ocağının qapılarının iyunun 19-da vətəndaşların üzünə bağlanması və koronaviruzla mübarizə məqsədilə karantin xəstəxanası kimi fəaliyyətə başlaması, eləcə də insanların bu gün səhər saatlarından etibarən içəri buraxılmaması ilə bağlı yaranan narazılıqlara görə Göyçay sakinlərinə müraciət edib, hamını anlayışlı və səbrli olmağa çağırıb.

Direktor APA-nın yerli bürosuna bildirib ki, xəstəliyi ilə əlaqədar vəziyyəti ağırlaşan və müxtəlif hadisələr nəticəsində xəsarət alan şəxslər Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edəcək. Stansiyada bununla əlaqədar zəruri tədbirlər görülüb və şərait yaradılıb. Göyçay Ailə Sağlamlıq Mərkəzində isə şəkərli diabet, ruhi-əsəb, onkoloji və vərəm xəstərinin qəbulu və müvafiq dərmanlarla təchizatı təşkil olunub. Bundan əlavə, müxtəlif cərrahiyyə əməliyyatları və doğuş üçün müraciət edən Göyçay sakinləri, eləcə də avtomobil qəzaları zamanı ağır xəsarət alan şəxslər, digər ağır xəstələr Kürdəmir, Ağsu, Yevlax və Mingəçevir xəstəxanalarına müraciət edəcəklər. Göyçay RMX-da 100-dən çox tibb işçisi fəaliyyət göstərəcək, digər işçilər isə məcburi məzuniyyətə göndəriləcək. Göyçayın kəndlərindəki həkim tibb məntəqələri fəaliyyətini əvvəlki kimi davam etdirəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi