Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33326
az

Gəlininin boşanmasını istəmədiyi üçün bıçaqladı - ŞOK  DETALLAR

18:2417 İyun, 2020
579
KRİMİNAL
  • A

Ötən gün axşam saatlarında Gəncə şəhərində baş verən dəhşətli hadisənin bəzi təfərrüatları məlum olub. 

APA TV-nin çəkiliş qrupu Mahir Quliyevin yaşadığı mənzilə baş çəkiblər.

Yaxınlarının verdiyi məlumata görə, hadisə zamanı Mahir Quliyev, onun qardaşı arvadı Ofeliya Quliyeva, gəlini 36 yaşlı Günay Quliyeva, nəvələri 18 yaşlı Sevinc və 14 yaşlı Malik Quliyev evdə olublar.

Dəhşətli hadisə gördüyünüz bu otaqda, yəni mətbəxdə qeydə alınıb. 70 yaşlı Mahir Quliyev mübahisə zəminində qardaşının həyat yoldaşını, gəlinini və 2 nəvəsini bıçaqlayıb. Hadisə zamanı onun qardaşının həyat yoldaşı burda dünyasını dəyişib. Gəlini və nəvələri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaxınlarının verdiyi məlumata görə, hadisəyə səbəb Mahir Quliyevin oğlu ilə gəlininin boşanması olub. Onların bu gün məhkəməsi olmalı imiş. Rəhmətə gedən qadın isə Mahir Quliyevin gəlininin xalası olub.

Məlumata görə, Mahir Quliyev gəlininin boşanmasını istəməyib. Elə hadisə də ondan sonra baş verib. Bundan əsəbiləşən Mahir Quliyev qardaşının həyat yoldaşını bıçaqlayıb. 

Həyat yoldaşı Simuzər Quliyeva deyir ki, Mahir Quliyev heç vaxt belə bir iş görməzdi. Çünki o, nəvələrini çox istəyib. Onun ehtimalına görə, mübahisə edəndə nəvələri araya girib və bu zaman onlar da yaralanıblar:

Qeyd edək ki, hadisə zamanı yaralanan şəxslər Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən xidməti avtomobilləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan bildirilib ki, yaralılar vaxtında çatdırıldığı üçün onların həyatını xilas etmək mümkün olub. 

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən 70 yaşlı Mahir Quliyev saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü
Bakıda kafedə tüstülənmə oldu
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü