“Artıq 3 aydan çoxdur ki, koronavirusla ölkəmizdə və dünyada mübarizə aprılır. Azərbaycanın təcrübəsindən çıxış edərək deyə bilərik ki, gücləndirlimiş karantin rejiminin tətbiqi virusun qarşısının alınmasında effektlidir”.
Oxu24.com xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, fövqaladə vəziyyətin elan edilməsinə ehtiyac yoxdur:
“Hazırda həftəsonları gücləndirlilmiş karantin rejimi tətbiq olunur. Düşünürəm ki, zərurət yaranarsa, karantin rejimi bundan sonra daha da gücləndirilə bilər. Çünki bəzi vətəndaşlar vəziyyətin ciddiliyini qəbul etmək istəmir. Bu baxımdan əgər bu tendensiya belə davam edərsə, vətəndaşlar qaydalara məsuliyyətsiz yanaşarlarsa, gücləndirlimiş karantin rejiminin ümumi Azərbaycan üzrə tətbiq etmək zərurəti yaranacaq. Ancaq hazırda böyük şəhər və rayonlarda gücləndirilmiş karantin rejiminin tətbiq edilməsi, daha məqsədə uyğundur.
Amma ümumilikdə fövqaladə vəziyyətin elan edilməsi məsələsi gündəmdə deyil. Çünki təcrübə də göstərdi ki, fövqəladə vəziyyətə ehtiyac olmadan gücləndirlimiş karantin rejimi ilə vəziyyəti nəzarətdə saxlamaq mümkündür”.
Millət vəkili karantin rejiminin qaydalarını pozanlara qarşı birlikdə mübarizə aparmağın vacibliyini vurğulayıb:
“Vətəndaşlar məsələyə məsuliyyətli yanaşmalıdırlar.Ümumiyyətlə, hər birimiz artıq bundan sonra bütün həyat tərzimizdə dəyişiklik etməli və təyin edilən qaydalara qeyri-şərtsiz əməl etməliyik. Həmçinin, insanlar qaydalara əməl etməkdə bir-birinə dəstək olmalı, qaydaları pozanlara qarşı birlikdə mübarizə aparmalıdır. Yəni, bu məslədə ictimai qınaq daha da ön plana çıxmalıdır. Hər şeyi polisin, dövlətin üzərinə yükləmək olmaz”.
Oxu24.com
ŞƏRHLƏR