Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33302
az

Aldadılan fəhlələr Prezidentə müraciət etdi: Əmək Müfəttişliyinin susduğu məsələnin DETALLARI

11:3017 İyun, 2020
4584
ŞİKAYƏTLƏR
  • A

Azərbaycanda  bir  qrup  fəhlənin  qanunsuz  işlədilməsi  və  əməkk  müqaviləsi  bağlanmaması  ilə  bağlı  xəbər  vermişdik.

Məlumat  üçün  xatırladaq  ki,Zərdab-Ucar rayonlarını  birləşdirən  yolun   tikintisini  həyata  keçirən "Körpü-Bina-Tikinti" şirkətinin  məsul  əməkdaşları   Ucar  rayon  sakinləri  Allahverdiyev  Valeh  Əliyusif  oğlunu, Manafov İlkin  Manaf  oğlunu,Xəlilov  İsrayıl Marif  oğlunu  aldadaraq əmək  müqaviləsi olmadan  tikintidə  işlədib.Şirkətin  Mübariz  adlı  əməkdaşı  sakinlərdən  əmək  müqaviləsi  bağlanması  üçün  sənədləri  istəyib. İşə düzəlmək üçün  tələb  olunan  bütün  sənədlər  təqdim olunub. İşə  başlayan  vətəndaşlar  müavilənin  bağlanmasının  gecikdiyini  gördükdə  narahatlıq  keçirib. "Körpü-Bina-Tikinti" şirkətinin  əməkdaşı  isə  onlara  vəd  verərək  müqavilənin  tezliklə  bağlanacağını   söz  verib. 10 aydan  sonra  fəhlələr  heç  bir  müqavilə  bağlanmadan  işdən  qovulub.

Bu barədə  Oxu24.com  saytına  sözügedən  şəxslər  məlumat  verib.

Onların  sözlərinə  görə, hüquqlarının  pozulmasına  görə  rəsmən  Əmək Müfəttişliyinə  müraciət  ediblər.Buna baxmayaraq  bu  günə  qədər  vətəndaşa  heç  bir  cavab  verilməyib.

Şikayətçi  Valeh  Allahverdiyevin  sözlərinə  görə,onlar  şirkət  tərəfindən  aldadılıb. Buna  görə  də vətəndaşlara  işlədikləri  əlavə  saatlara  görə  ödəniş  də  edilməlidir.

Şkayətçilərin  sözlərinə  görə, Əmək  Müfəttişliyinə  şikayət  etdikləri  vaxt  şirkət  onlarda  belə  işçilərin işləmədiyi  yalan  olaraq  söyləyib. Fəhlələr  bildirir  ki, onların  sözügedən  şirkətdə  işlədiyini  sübut  edən  rəsmi  faktlar  var.

"Şirkət  burada  oyun  oynayır.  Əmək  Müfəttişliyinə  deyiblər  ki,  bizdə  helə  insanlar  işləməyib. Mən buradan  məntiqi  sual  edirəm. Mən orada  işləməmişəmsə  şirkətin  forması  əynimdə  tikinti  aparılan ərazidə  mən nə  edirəmmiş? İkinci  sübut  mən  hər  gün  şirkətin  təhlükəsizlik  kitabına  qol  çəkib  işə  çıxmışam. Əgər  mən  şirkətdə  işləməmişəmsə  şirkətin  təhlükəsizlik  kitabında  mənim  adım və imzalarım hardandır?", deyə  şikayətçi  İlkin  Manafov  bildirib.

Vətəndaşların  sözügedən  şirkətdə  işlədiyini  sübut  edən  həmin  faktları  təqdim  edirik:

 

 

Göründüyü   kimi  bu  qədər  faktın  təqdim  olunmasına  baxmayaq  bu  günə  kimi  heç  bir  qanuni  tədbir  görülməyib.

Əmək  Müfəttişliyi  "Körpü-Bina -Tikinti" şirkəti  ilə  bacarmırmı?

Əmək və  Əhalini  Sosial Müdafiəsi  Nazirliyindən  verilən  məlumata  görə, vətəndaşların  şikayəti  hazırda  araşdırılma  mərhələsindədir. Yekun  qərar  qəbul  edildikdən  sonra  vətəndaşlara  rəsmi  cavab  veriləcək.

Qeyd  edək  ki,  məsələ  ilə  bağlı  aldadılan  fəhlələr  Prezident  Cənab  İlham  Əliyevə,Baş Prokurorluğa,Vergilər  Nazirliyinə  rəsmi  müraciət  ünvanlayıblar.

Oxu24.com  məsələni  diqqətdə  saxlayacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Bakıda şok hadisə: 800 min manatlıq evini itirdi (VİDEO)

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi