Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33244
az

Sərt karantin günlərində rayonlara gedənlərlə bağlı araşdırma başlanıldı - RƏSMİ

13:0516 İyun, 2020
567
  • A

DİN-in Mətbuat Xidməti bu gün səhər saatlarında Bakının giriş və çıxışlarında yaranmış tıxaclara aydınlıq gətirib. 

Qurumdan bildirilib ki, bu gün Bakı şəhərinin giriş və çıxışlarında xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş polis postlarında müşahidə edilən avtomobil tıxacının aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilib. İlkin araşdırmalarla tıxacın yaranma səbəbləri də məlum olub.

Müəyyən edilib ki, xüsusi karantin rejmi dövründə fəaliyyət göstərən təşkilat və müəssisələrin şəxsi avtomobilləri ilə hərəkətlərinə icazə verilmiş əməkdaşları onlara verilmiş bu imtiyazdan sui-istifadə edərək sərtləşdirilmiş rejim günlərindən öncə paytaxtı tərk edərək respublikanın müxtəlif regionlarına getməyə cəhd ediblər.

Həmin şəxslərin müəyyən edilərək barələrində qanunauyğun müvafiq tədbirlər görülməsi üçün araşdırmalar aparılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Polisi 106 yaşında
Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib
ABŞ ATACMS-i əvəz edəcək yeni raketi sınaqdan keçirib

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma - Video