Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33218
az

Şəhərdən rayonlara axından sakinlər NARAHATDIR - VİDEO

23:5715 İyun, 2020
660
CƏMİYYƏT
  • A

Gücləndirilmiş karantin rejiminin tətbiq olunmadığı rayonlara turist axını olub.

Oxu24.com “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, son iki gündə Quba ən çox yerli turist qəbul edən rayonlardan olub.

Ötən cümə və şənbə günlərində Bakıdan Qubaya doğru minlərlə avtomobil yola çıxıb. Hətta avtomobillərin sayı o qədər çox olub ki, Bakıdan Qubaya qədər gecə saatlarınadək bütün yolda tıxac yaranıb.

Amma Qubaya minlərlə insanın axın etməsi koronavirus təhlükəsinin bu rayonda da geniş yayılmasına dair narahatlıqları artırıb. Yerli sakinlər deyirlər ki, gələn turistlər karantin qaydalarına əməl etmirlər. Sosial məsafə qorunmur, tibbi maskalardan istifadə olunmur.

Qubanın bütün turizm marşrutları, həmçinin kotec və otellər turistlərlə dolu olub. Obyekt sahibləri deyirlər ki, müştəri qəbul edərkən karantin qaydalarına riayət ediblər.

Rayonun Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, Qubada indiyə qədər cəmi 2 nəfərdə virus aşkarlanıb. Onlar da son 10 gündə yoluxub. Bu təhlükənin geniş yayılmaması üçün turistlərin getdiyi yerlər dezinfeksiya olunur. Ən çox turist isə Təngəaltı, Qəçrəş və Xınalıqada qeydə alınıb.

Bakıya yaxın rayon olan Şamaxıya da üz tutanlar çox olub. Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, vətəndaşların sıx toplaşdıqları yerlər dezinfeksiya olunur və əlavə maarifləndirmə işləri aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi