Türkiyə Milli Müdafiə Nazirliyi separatçı terror təşkilatı olan PKK-ya qarşı "Pençe-Kartal" əməliyyatının başlandığını bəyan edib.
Oxu24.com "Son Dakika"ya istinadla xəbər verir ki, əməliyyat çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar Kandil və Şimali İraqdakı terror hədəflərini bir-bir məhv edir.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik əməliyyatla əlaqədar sosial media hesabında paylaşım edib:
""Pençe-Kartal" əməliyyatı başladı. İnsanımıza, insanlığa və ölkəmizə düşman olan terrorizmə qarşı mübarizəmiz fasiləsiz davam edir".
Oxu24.com
ŞƏRHLƏR