Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33121
az

Ermənistan qarışdı: Kütləvi saxlanılanlar var - VİDEO

18:4614 İyun, 2020
703
DÜNYA
  • A

Ermənistan parlamentində təmsil olunan ikinci böyük siyasi qüvvənin - müxalif Çiçəklənən Ermənistan Partiyasının (ÇEP) sədri Qaqik Tsarukyanın tərəfdarları Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiyası keçirir.

Oxu24.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, buna səbəb Qaqik Tsarukyanın dindirilməsi üçün MTX-nin binasına gətirilməsidir.

Belə ki, onlar zorla polis avtomobillərinə mindirilərək naməlum istiqamətə aparılıblar. Daha sonra etirazçıların müxtəlif polis idarələrində saxlanıldığı və 3 saatdan sonra azad ediləcəyi bəyan edilib.

Milli Təhlükəsizlik Xidməti bildirib ki, Qaqik Tsarukyana məxsus şirkətlərin qumar oyunları ilə bağlı qanunsuz fəaliyyəti nəticəsində dövlət büdcəsinə təxminən 60 milyon ABŞ dollar məbləğində vergi verilməyib.

Buna cavab olaraq Çiçəklənən Ermənistan Partiyasının mətbuat katibi Sveta Tonoyan vurğulayıb ki, Qaqik Tsarukyan şirkətlərini etibar etdiyi şəxslərin idarəçiliyinə verib və özü bizneslə məşğul olmur.

Qeyd edək ki, Qaqik Tsarukyan baş nazir Nikol Paşinyanın istefasını tələb etdikdən sonra ona qarşı təzyiqlər artıb. Onun fikrincə, hazırkı hökumətə vədlərini yerinə yetirmək üçün vaxt verilib, amma onlar bunu yerinə yetirməyib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...
ABŞ-də ticarət mərkəzində atışma: 4 nəfər öldü
Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi