Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33118
az

Bəhram Bağırzadənin vəziyyəti kritikdir - Süni nəfəs aparatına qoşuldu (YENİLƏNİB)

18:0014 İyun, 2020
569
ŞOU-BİZNES
  • A

Mərkəzi Gömrük Xəstəxanası əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı aşıqlama verib.

Unikal.org xəbər verir ki, xəstəxanadan REAL-TV-yə bildirilibki, B.Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu aşkarlanıb. 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Dünya təcrübəsində ağciyər toxumasının 75%-i üzərində olan zədələnmələrində COVID-19 xəstələrinin yaşamaq şansının çox az olduğu bidirilir.
Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq saturasiyanın artırılmasına nail olunmayıb. Saturasiya günboyu aparılan müalicələr ilə yenə 50% ətrafında olduğuna görə saat 23:00 radələrində konsilium keçirilib və xəstənin EKMO cihazına qoşulmasına qərar verilib. Qeyd edək ki, EKMO- ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
Bu gün gecə saat 02:00 radələrində Mərkəzi Gömrük Hospitalının reanimatoloqları və cərrahları tərəfindən xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.
Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.

16:13

XXX

Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağırlaşıb.
Unikal.org xəbər verir ki, bu barədə "Qafqazinfo"ya həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib. O bildirib ki, Bəhram Bağırzadənin vəziyyəti yetərincə ciddidir:

"Bir həftədir ki, onun səhhətində problemlər yaranmışdı və getdikcə artmağa başladı. Hazırda o, xəstəxanada müalicə alır. Həkimlər onun sağalması üçün hər şeyi edir. Dövlət də hər şeyi təşkil edib. Dua edək ki, hər şey yaxşı olsun".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Anar Ağakişiyevə qarşı dələduzluq - İki şəxs tərəfindən aldadıldı
Zülfiyyə Xanbabayeva qızının böyük uğur qazandığını ELAN ETDİ -FOTO
Könül Xasıyeva əməliyyat olundu -FOTO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi