Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32798
az

Ombudsmandan Yasamalda baş verənlərlə bağlı Vilayət Eyvazova müraciət

13:4309 İyun, 2020
742
HÜQUQ
  • A

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Yasamal rayonunda vətəndaşların polis tərəfindən saxlanılması görüntüləri ilə bağlı məlumat yayıb.

Oxu24.com -un xəbərinə görə, məlumatda deyilir:

"08.06.2020-ci il tarixdə internet səhifələrində və sosial şəbəkələrdə Bakı şəhərinin Yasamal rayonu ərazisində sərtləşdirilmiş karantin rejimi dövründə qaydaları pozan vətəndaşların polis tərəfindən saxlanması anı ilə bağlı video və fotoşəkillər yayılmışdır.

Kimliyindən asılı olmayaraq hər kəs qanuna riayət etməli və qanun pozuntusuna isə yalnız hüquqi qiymət verilməlidir.

Bu baxımdan internet resurslarında və sosial şəbəkələrdə yayılmış məlumatlar Ombudsman tərəfindən nəzarətə götürülüb. Saxlanılan şəxslər fərdi qaydada yerində qəbul olunub, müraciətləri araşdırılır. Eləcə də saxlanılan şəxslərin ailə üzvlərindən daxil olmuş hər bir müraciətə dərhal reaksiya verilməklə tərəfimizdən araşdırılır və hər bir qanunazidd əmələ hüquqi qiymət veriləcək.

Ombudsman tərəfindən ilkin müraciətlər üzrə Azərbaycan Respublikasının Daxili İşlər nazirinə də müraciət olunub.

Saxlanılan şəxslərin ailə üzvləri və əlavə müraciətlər olduğu təqdirdə vətəndaşlar Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qaynar Xətt üçün ayrılmış 050-370-98-96 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Polisi 106 yaşında
Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib
ABŞ ATACMS-i əvəz edəcək yeni raketi sınaqdan keçirib

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
34 yaşlı qadın küçənin ortasında vəhşicəsinə bıçaqlandı -VİDEO