Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32741
az

Evindən yarıçılpaq vəziyyətdə aparılan vətəndaşla bağlı açıqlama:Polis qanun çərçivəsində davranıb...

17:0308 İyun, 2020
1579
OXU24 TV
  • A

Dünən Yasamal rayonunda bir nəfərin karantin qaydasını pozduğu üçün saxlanılan zaman bina sakinlərinin polislərin üzərinə balkonlardan zibil torbaları atması sosial şəbəkələrdə ciddi tənqid olunub. Vətəndaşlar məsələyə münasibətlərində bunun düzgün addım olmadığını bildirərək, polisin qərarları icra etdiyini, xidmət apardığını, insanlara da karantin qaydalarına əməl etməklə evdə qalmağa çağırış ediblər.

Oxu24.com  “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu gün səhər saatlarında Çevik Polis Alayının geniş əməliyyat qrupunun həmin binalarda keçirdiyi saxlanılma zamanı sərgilədiyi davranış tənqidi fikirlərin onların üzərinə yönəlməsinə səbəb olub.

Polis əməkdaşlarının mənzillərə daxil olaraq, dünənki etirazda iştirakından şübhəli bilinən şəxsləri yatdığı yerdə yarıçılpaq formada saxlayıb evdən çıxarması narazılığa səbəb olub. Sosial şəbəkələrdə yayılan əməliyyat videolarından birində 5-6 polisin evə daxil olması və qadınların onlara “evdə uşaq var, qorxar” deməsinə baxmayaraq, yataq otağına girərək şübhəli şəxsi yarıçılpaq halda saxlaması tənqidlə qarşılanıb.

Dünən zibil atanları tənqid edib polisi müdafiə edən vətəndaşlar bu gün polis əməkdaşlarının bu hərəkətinə narazılıqlarını bildiriblər. Sosial şəbəkə istifadəçiləri rəylərində “sanki zibil atan yox, terrorçu saxlanılır” deyə tənqidi fikirlər səsləndiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, polis həmin şəxslərlə qanun çərçivəsində davranıb: “Terrorçu kimi davranılmayıb. Xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının üzərinə eyvanlardan müxtəlif məişət əşyaları atıblar. Polisin araşdırmaları zamanı həmin şəxslər müəyyən olunub, polis də həmin şəxsləri məsuliyyətə cəlb edib. Polis qanunun verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edib”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı