Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32737
az

Azərbaycanda koronavirus  xəstələrinin şok videosu yayıldı: Üzü aşağı...

10:3608 İyun, 2020
1435
  • A

Sosial şəbəkələrdə koronavirusa yoluxan xəstələrin görüntüləri yayılıb.

Oxu24.com  Oxu.Az-a istinadən xəbər verir ki, yayılan görüntülərin koronavirus xəstələri üçün ayrılmış xəstəxanaların birinin reanimasiya şöbəsində lentə alındığı deyilir.

İddia edilir ki, xəstələr COVID-19-a yoluxanlardır.

Xəstələrin üzlərinin aydın görünməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, təmsil etdiyi qurum mövcud vəziyyətdən xəbərdardır.

R.Əliyeva bildirib ki, görüntülər, həqiqətən, pandemiya əleyhinə xəstəxanada çəkilib:

"Bəli, görüntülər koronavirusla mübarizə çərçivəsində ayrılan pandemiya xəstəxanalarından birində çəkilib. Videogörüntülərdəki xəstələr COVID-19-a yoluxan xəstələrdir. Təəssüf ki, xəstəxana işçilərindən kimsə vətəndaşların hüquqlarını tapdayaraq, bizim qoruduğumuz gizliliyi pozub. Bilirsiniz ki, COVID-19 xəstələrini nəinki çəkmək, hətta adlarının açıqlanmasına belə icazə yoxdur.

TƏBİB bu məsələni ciddi nəzarətə götürüb. Çox güman ki, görüntülər xəstəxana əməkdaşları tərəfindən lentə alınıb. Hazırda şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Qanunvericilik çərçivəsində bu videonu çəkən şəxs barəsində cinayət işi başlanılacaq”. 

 

 

Günün  təklif  olunan  videosu:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
DİQQƏT! Bədəndə qaşınma varsa, bu xəstəliyin xəbərçisidir
Qadınların davası kameraya düşdü

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma - Video