Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32692
az

Dilarə Kazımovadan gözlənilməz etiraf: “Bəy nəslindənəm” - VİDEO

18:3407 İyun, 2020
423
  • A

“Avroviziya” təmsilçilərimizdən olan müğənni Dilarə Kazımova açıqlaması ilə gündəmə səs salıb.

Oxu24.com xəbər verir ki, sənətçi İctimai Televiziyada (İTV) yayımlanan “Fatehin divanı” axşam şousunda qonaq olarkən etirafı ilə diqqət çəkib.

O, ilk dəfə bəy nəslindən olduğunu etiraf edib:

“Mən bəy nəslindənəm. Bu barədə çoxlu informasiyaya malik olmasam da, nənəm danışırdı ki, sovet dövründə Bakıda babamın neft buruqları olub. Hətta bu barədə sənədli film də çəkilib. Neft buruqlarının olması ilə bağlı onun rəsmi sənədləri də olub. Həmin sənədləri isə o haradasa torpağa basdırıb. O sənədləri bu yolla gizlədib, heç kim tapa bilməyib. Biz özümüz də sənədləri tapa bilməmişik”.

 

Qeyd edək ki, müğənni Dilarə Kazımova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 

Sənətçi ilk addımlarını “Milk and kisses” qrupu ilə atıb. Daha sonra solo karyerasına başlayıb. 

Dilarə 2014-cü ildə Danimarkada keçirilən “Start a Fire” bəstəsi ilə “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran İsraili genişmiqyaslı müharibə ilə hədələdi
Diş həkimi dişlər üçün ən zərərli məhsulların adını AÇIQLADI
İsmayıllı sakinləri yaşadıqları dəhşətdən danışdılar -VİDEO

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...