Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32571
az

40 min tələbəyə ŞAD XƏBƏR: İyunun 10-dək...

18:4105 İyun, 2020
467
MANŞET
  • A

Azərbaycan Respublikası Təhsil Nazirliyi yay imtahan sessiyası və təhsil haqları ilə bağlı rəsmi məlumat yayımlayıb:

Yay imtahan sessiyası

1. Yay imtahan sessiyasının keçirilməsi barədə ali və orta ixtisas müəssisələri tərəfindən daxil olmuş təkliflər əsasında Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin qərarları var və onlar hazırda qüvvədədir. İmtahan sessiyasının tamamilə ləğv edilməsi bu dövr ərzində məsafədən tədrisdə iştirak edən on minlərlə tələbələrə və onlara dərs deyən müəllimlərə münasibətdə əsassız və haqsız, habelə qazanılmış kreditlərin tanınmasına, növbəti semestr tələbələrin təqaüd almasına maneə törədə və tələbənin xeyrinə olmayacaq digər nəticələrə səbəb ola bilər. Bununla belə, buraxılış ilində tədris alan 40 mindən artıq tələbə dövlət imtahanından azad edilib (əvvəlki akademik göstəriciləri əsas götürülməklə). Sessiyada iştirak etməyə hazır olan, mart-aprel ayından başlayaraq təşkil edilmiş məsafədən tədrisə qoşulmuş 100 mindən artıq tələbə ilə yanaşı bu prosesdə iştirak edə bilməyən tələbələr də var və bu da nəzərə alınır. Məhz bu məqsədlə verdiyimiz qərarda da bu tələbələr üçün avqust-sentyabr aylarında əyani və ödənişsiz şəkildə icmal mühazirələr təşkil olunacaq (bunun üçün tələbələr təhsil aldıqları təhsil müəssisəsinə müraciət etməlidir). Eyni zamanda, bu yay sessiyasının ədalətli və mövcud şəraitin hamı üçün yaratdığı çətinlikləri nəzərə almaqla keçirilməsinə, şikayətlərin operativ şəkildə baxılıb həll edilməsinə Təhsil Nazirliyi bilavasitə nəzarət edəcək.

Təhsil haqqı

2. Hazırda ölkədə hər iki tələbədən biri dövlət hesabına oxuyur. Bununla belə, bu dövrdə təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə əlavə dəstək məqsədilə e-teleb.edu.az portalı fəaliyyət göstərir, həmin portalda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr qeydiyyatdan keçərək 2020-ci ilin həm yaz, həm də payız semestrləri üçün təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün müraciət edə bilər. Müraciətlərin qəbulu 10 iyun tarixinə qədər davam edir. Növbəti həftədən etibarən tələbələrə müraciətin nəticələri barədə məlumat verilməyə başlayacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Əsədov daha bir qərar imzaladı
"Dəmiryol nəqliyyatı haqqında Nizamnamə" təsdiqləndi
Əli Əsədov qərar imzaladı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı