Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32563
az

SON DƏQİQƏ! Rayona gedənlər Bakıya gələ bilməyəcək

16:4705 İyun, 2020
1816
SON DƏQİQƏ
  • A

Baş Nazir Əli Əsədovun “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Oxu24.com  xəbər verir ki, hazırda bir çox insan sözügedən şəhərlərdə çalışsa da başqa rayon qeydiyyatındadırlar. Sərt karantin rejimində regionlara getmək istəyənlər qayıda bilməyəcəklərindən narahatdır.

Qazet.az-ın suallarını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirir ki, həmin şəxslər növbəti həftədə paytaxt Bakıya və qeyd edilən şəhər və rayonlara qayıda bilməyəcəklər.

“Onlar regionlara gedə bilməzlər. Regionlardan da paytaxta gələ bilməzlər”, – deyə İ.Məmmədov qeyd edib.

Həmçinin izlə:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir mühüm qərar İMZALADI
Mingəçevirdə nə baş verib? -Yaralılar var
SON DƏQİQƏ! Nazim Quliyev yenidən həbs olundu