Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32315
az

Azərbaycan  döyüş  təyyarələrin  havaya  qaldırdı - Qrup hədəfləri məhv edilib

14:3801 İyun, 2020
822
HƏRBİ
  • A

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) cəbhə və ordu aviasiyasının döyüş atışlı taktiki-uçuş təlimləri keçirilib.

Müdafiə Nazirliyindən  Oxu24.com-a  verilən məlumata görə, hərbi pilotların döyüş bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimlər çərçivəsində HHQ-nin döyüş aviasiyasının təyyarəçiləri praktiki atışlar icra ediblər.

Pilotlar hava hücumundan müdafiə vasitələrindən yayınaraq və ərazinin relyefindən istifadə edərək müxtəlif yüksəkliklərdə manevr etməklə şərti düşmənin döyüş mövqelərini bombardman ediblər.

Bununla yanaşı, şərti düşmənin komanda və müşahidə məntəqələri, artilleriya atəş mövqeləri, müşahidə postları, habelə zirehli maşınlarını təqlid edən tək və qrup hədəfləri məhv edilib.

Təlimlər zamanı pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan Rusiyanın Su-30-larını necə əldə edib?
Şuşa alınarkən ilk dəfə kosmik peyk rabitəsində istifadə edilibmiş - ƏMƏLİYYATIN ŞOK DETALI
Türkiyə İrana qarşı: