Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31600
az

Təsdiqləndi: Koronavirusu bu heyvanlar yauır

09:2920 May, 2020
700
DÜNYA
  • A
Niderlandın xəzlik heyvan fermasında koronavirus infeksiyasının su samurundan insana yoluxması qeydə alınıb. “Report” xəbər verir ki, bu barədə ölkənin Kənd təsərrüfatı nazirinin parlamentə ünvanlanan məktubuna istinadən “Reuters” agentliyi xəbər verib. Ötən ay Niderlandın Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, Şimali Barbant əyalətində iki xəzlik heyvan fermasında yaşayan su samurlarında COVID-19-a yoluxma qeydə alınıb. İyirmi mindən çox su samurunun yaşadığı fermalar ölkədə koronavirus epidemiyasının episentrindədir. Heyvanlar onlarda virusun əlamətlərinin yaranmasından, o cümlədən nəfəsalma ilə bağlı problemdən sonra testdən keçirilib. Hakimiyyət orqanları ehtiyat tədbiri kimi fermalara girişi məhdudlaşdırıb, ancaq bildirilib ki, virusun heyvanlardan insana yoluxması riski yoxdur. Niderlandın su samurlarının yetişdirilməsi üzrə iki fermasında koronavirus aprelin ikinci yarısında aşkarlanmışdı. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məsud Pezeşkian and içdi
İspaniya Rusiyanın "Ştandart" freqatına öz limanına daxil olmağa icazə verib
Qara və Haftaninə hava əməliyyatı: 13 terrorçu zərərsizləşdirilib

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi