Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31335
az

Masallıda dəhşət: 19 yaşlı qardaş yeniyetmə bacısını öldürdü

19:0216 May, 2020
724
KRİMİNAL
  • A

Masallıda dəhşətli hadisə baş verib. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, qardaş bacısını boğaraq öldürüb. 

Bildirilir ki, may ayının 9-da Çaxırlı kənd sakini, 2003-cü il təvəllüdlü Könül Rauf qızı Məmmədrzayeva Bakıya getmək adı ilə evdən çıxıb. İki gün sonra anası qızının itkin düşməsi ilə bağlı polisə müraciət edib. Növbəti gün, yəni 12 may tarixində Könül evə qayıdıb və Sumqayıta xalasıgilə getdiyini bildirib. 

Dünən isə Çaxırlı kəndində dəhşətli hadisə yaşanıb. Belə ki, Rauf Gözəlov saat 16:00 radələrində evə gəldiyi zaman qızı Könülün yataqda meyitini tapıb. İlkin versiya qızın intihar etməsi olsa da, qardaşı Rafiqin Masallı Rayon Polis Şöbəsinə gedərək hadisəni törətdiyini boynuna alması ilə hər şey aydınlaşıb. 2001-ci il təvəllüdlü Rafiq Rauf oğlu Gözəlov özündən 2 yaş kiçik olan bacısını iplə boğaraq qətlə yetirdiyini etiraf edib. Nə ata, nə də ana hadisə zamanı evdə olmayıb və qətlin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi
Qusarda 83 yaşlı ata oğlunu güllələdi
Müdafiə Nazirliyinin bölmə müdiri HƏBS OLUNDU

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi