Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31271
az

Kondisionerlərin TƏHLÜKƏSİ

20:1115 May, 2020
568
CƏMİYYƏT
  • A

Ekologiya Laboratoriyasının direktoru Anton Yastrebtsev kondisionerlərdən səhv istifadənin sağlamlığa zərər verdiyini deyib.

Oxu24.com xəbər verir ki, ekoloq uzun müddət istifadə olunmayan kondisionerlərin filtrlərində çox sayda mikroorqanizm toplandığını deyib. Kondisionerlər yayda ilk dəfə qoşulduğu zaman çox sayda mikroorqanizmlər çölə atılır və bu "ventilyasiya sindromu" adlanır.

"Mikroorqanizmlər üçün kondisionerlər əlverişli qidalandırıcı mühitdir, çünki tozlar, hissəciklər, polen və bitki toxumları orada yerləşirlər. Belə bir otaq havası insanda allergiya və xroniki xəstəliklərin kəskinləşməsi də daxil olmaqla, müxtəlif mənfi reaksiyalara səbəb olur. Kondisioner ilk dəfə işə salınmazdan əvvəl filtr sistemi daxil olmaqla təmizlənməlidir və yuyulmalıdır", - deyə ekspert qeyd edib.

Ekoloq bildirib ki, bununla əlaqədar müxtəlif şirkətlər və xidmətlər məşğul olur. Adi kondisionerləri isə mağazalarda satılan xüsusi məhsullardan istifadə edərək təmizləyə bilərsiniz. Yastrebtsev əlavə edib ki, bu, avtomobil kondisionerlərinə də aiddir. Avtomobillərdə kabin filtrlərini də dəyişdirmək lazımdır. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi