Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31215
az

Baş Prokurorluq: Altı rayon prokuroru və bir şöbə rəisi işdən çıxarılıb

10:4215 May, 2020
1205
SİYASƏT
  • A

Bir neçə rayonun prokuroru işdən çıxarılıb.

Oxu24.com -un  məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov tutduqları vəzifədən azad ediliblər.

K.Əliyevin digər əmri ilə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov da işdən çıxarılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında faktı təsdiqləyib. Qeyd edib ki, həmin şəxslər “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib. 

E.Sultanov həmçinin bildirib ki, Baş prokuror K.Əliyevin imzaladığı digər əmrlə Ağstafa rayon prokuroru Aslan Surxayev isə tutduğu vəzifədən azad olunub. 

Qeyd edək ki, yeni Baş prokuror Kamran Əliyevi video konfrans formatında qəbul edən Prezident İlham Əliyev Prokurorluq orqanlarına islahatların aparılmasına dair öz tövsiyələrini verib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb
Prezident Bakıda yaradılan yeni parkda işlərin gedişi ilə tanış oldu - FOTOLAR
Əli Əsədov İrana getdi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi