Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31164
az

Bakıda karantin qaydalarını pozan “leytenant” həbs edilib - FOTO

16:4514 May, 2020
521
KRİMİNAL
  • A

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları qanunsuz yolla əldə etdiyi  üzərində leytenant xüsusi rütbəsi olan hərbi formanı geyinərək karantin qaydalarını pozan şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyindən Oxu24.com-a  verilən məlumata görə, Bakıxanov qəsəbəsi ərazisində sanitar-karantin rejimi ilə əlaqədar xidmət apararkən polislər hərbi geyimli bir nəfərin qeyri-adekvat hərəkətlərindən şübhələnərək ona yaxınlaşıblar. Özünü hərbi qulluqçu kimi təqdim edən həmin şəxsin üzərində bunu təsdiq edən heç bir sənədi olmadığından o, polis idarəsinə dəvət edilib. İdarədə araşdırma zaman məlum ki, bu şəxsin Saatlı rayon sakini, Sabunçu rayonunda  müvəqqəti yaşayan Elçin İsmayılov olduğu məlum olub. O, izahatında karantin rejiminin qaydalarını pozmaq və şəhər  ərazisində sərbəst şəkildə hərəkət etmək üçün qeyri-qanuni yolla əldə etdiyi xüsusi formanı geyindiyini və heç bir hərbi birləşmənin əməkdaşı olmadığını etiraf edib.

Elçin İsmayılovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə karantin qaydalarını pozan “leytenant” bir ay müddətinə inzibati qaydada həbs edilib. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...
10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Çin alimlərinin kəşfi

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO