Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31129
az

Bakıda əməliyyat: Trans Səbiş həbs olundu

09:4414 May, 2020
5008
REDAKTORUN SEÇİMİ
  • A

Bakıda "Səbinə" adı ilə tanınan cinsi azlığın nümayəndəsi Qismət Sultanov həbs edilib.

Oxu24.com  BAKU.WS-ə istinadən  xəbər verir ki, Qismət Sultanov karantin qaydalarını pozduğu üçün saxlanılıb.

Belə ki, o, Nərimanov rayonunda saxlanılarkən polisə müqavimət göstərib.Nərimanov rayon Polis İdarəsinin əməkdaşları onu saxlayıb.

Hüquq mühafizə orqanlarından BAKU.WS-ə faktı təsdiqlədilər.

Xatırladaq ki, bu, "Səbiş"in ilk həbsi deyil.

2018-ci ildə yaşadığı binada komendant işləyən şəxs ona nalayiq sözlər dediyi üçün həmin şəxsin üzərinə bıçaqla hücum çəkib.

Hadisədən bir müddət sonra saxlanılan Q.Sultanov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə) maddəsi ilə cinayət işi başlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəngdən vəfat edən jurnalist Natəvan Babayevanın yarımçıq qalan həyat yolu - VİDEO
Hava ilə bağlı AÇIQLAMA
Ağadadaş Ağayevin balta atdığı gözətçi danışdı - Sensasion iddialar, şok gerçəklər! - VİDEO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi