Yunanıstan mediasında paylaşılan xəritə Türkiyəni ayağa qaldırıb.
Publika.az xəbər verir ki, yunan adalarında yerləşdirilən raketlərin mövqelərini bildirən xəritədə Türkiyənin Balıkesir, İzmir, Muğla və Aksazdakı hərbi hava bazaları hədəf olaraq göstərilib.
Qeyd edək ki, Türkiyənin Aralıq dənizində enerji axtarışları aktivləşdiriləndən sonra Yunanıstan rəsmi Ankaraya qarşı müxtəlif çapda təxribatlar həyata keçirir.
Yunanıstanın Müdafiə naziri Nikolaos Panaqiotopoulos bir neçə gün əvvəl verdiyi açıqlamada türk qırıcılarının ölkəsinin hava məkanını pozduğunu iddia etmişdi.
Oxu24.com
ŞƏRHLƏR