Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31116
az

TƏCİLİ: Həbs olunan Kamil Zeynallı ilə bağlı yeni qərar verilə bilər

23:2313 May, 2020
2896
HÜQUQ
  • A

“Kamil Zeynallıya alternativ cəza tətbiq edilməsi daha doğru olardı”.

Oxu24.com  xəbər verir ki, bu sözləri Lent.az-a karantin qaydalarını pozduğu üçün 10 günlük həbs olunan Kamil Zeynallının vəkili Adəm Məmmədov deyib. Onun sözlərinə görə, müvəkkilinin 100-200 manat cərimə olunması daha ədalətli olardı:

“Məhkəmə SMS yazmayıb evdən çıxdığı üçün müvəkkilim Kamil Zeynallı barədə 10 günlük inzibati həbs qərarı verib. O isə özünün insanlara yardım etdiyini və xeyirxah işlərlə məşğul olduğunu bildirib.

Məsələ barədə apellyasiya məhkəməsinə şikayət etmişik. Sabah baş tutan məhkəmə prosesində məsələyə aydınlıq gətiriləcək. Məhkəmə Kamil Zeynallının himayəsində azyaşlı uşaq olduğunu nəzərə almalıdır”.

Qeyd edək ki, idmançı Kamil Zeynallı dünən karantin qaydalarını pozduğu üçün 10 günlük inzibati həbs olunub. Bu barədə o, özünün "Instagram" hesabında da məlumat paylaşıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub
Vəkillər Kollegiyasının rəhbərliyi İran səfirliyinin nümayəndə heyəti ilə görüşüb
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi