İspaniyanın ən yaşlı qadını hesab olunan 113 yaşlı Mariya Branyas koronavirusdan sağalıb.
Oxu24.com Trend-ə istinadən xəbər verir ki, qadın, hələ mart ayında COVID-19-a yoluxub. Bir neçə həftə müalicədən sonra 113 yaşlı qadının tam sağaldığı elan olunub.
1907-ci ildə Meksikada anadan olmuş M.Branyas, Birinci Dünya müharibəsi dövründə İspaniyaya köçüb. Onun 3 övladı, 11 nəvəsi var.
Oxu24.com
ŞƏRHLƏR