Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31084
az

SMS icazə müddəti bitən vətəndaşlara bu halda güzəşt edilir (RƏSMİ)

18:0013 May, 2020
507
CƏMİYYƏT
  • A

"Üç saatlıq icazə müddətindən 5-10 dəqiqə keçibsə, şəxsə güzəşt edilir".

Oxu24.com oxu.az-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib.

Ə.Baqişev qeyd edib ki, yollarda heç bir tıxac olmadığından vətəndaş bu müddət ərzində öz işlərini sərbəst yerinə yetirə bilir:

"Xüsusi karantin rejimi qaydalarına görə, vətəndaşlara küçəyə çıxması üçün üç saat icazə verilir.

Ola bilər ki, həkim müayinəsi zamanı üç saatlıq icazə müddəti bitər. Bu halda şəxs həkim arayışı əsasında rahat yaşayış yerinə qayıda bilər. Digər hallarda isə vəziyyətə uyğun qərar verilir. Üç saat tamam olubsa, 5-10 dəqiqə gecikmə varsa, evləri 50 metr aralıdadırsa, bu halda güzəşt edilir. 

Ümumiyyətlə, polis əməkdaşlarının vəzifəsi vətəndaşları cərimələmək yox, onların sağlamlıqlarını qorumaqdır. Bunu birmənalı şəkildə bilmək lazımdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi