Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30999
az

Rusiyada koronavirusa yoluxanların sayı 232 000-i ötüb

17:5412 May, 2020
542
DÜNYA
  • A

Rusiyada son bir gündə 10 899 nəfərə koronavirus diaqnozu qoyulub. Bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 232 243 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 107 nəfər artaraq 2 116-a yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 43 512 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 5 392.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,2 milyonu ötüb. Bunların 1,5 milyon nəfərdən çoxu sağalıb, 287 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-ın Ermənistanla bağlı ŞOK PLANI -Bunun üçün şərait yaradılır
İsrail bu ölkəyə zərbə endirməyə hazırlaşır: "Sürətli, gözlənilməz və çox kəskin olacaq"
Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Məşədi Dadaş” məscidinin imamına sui-qəsd təşkil edən şəxs həbs olundu