Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30953
az

Azərbaycanlı gənc Çini heyrətləndirdi - İlin ən yaxşısı

22:1811 May, 2020
664
CƏMİYYƏT
  • A

Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev 2019-cu il üzrə Çində ən yaxşı xarici müəllim seçilib.

Oxu24.com.com xəbər verir ki, Çin Elm və Texnologiya Nazirliyinin, Çin Qlobal İstedadlar Mübadiləsi Assosiasiyasının və “Beynəlxalq istedadlar” jurnalının birgə qiymətləndirməsi əsasında 2019-cu il üçün Çinin ən yaxşı on xarici müəllimi kateqoriyası üzrə mükafatçıları məlum olub.

Aqşin Əliyevin liderlik elədiyi siyahıdakı əcnəbi müəllimlər Çində pedaqoji sahədəki səmərəli fəaliyyəti, Çin elminə töhfələri, Çin və təmsil etdiyi ölkə arasında təhsil və elm sahəsində əlaqələrin inkişafındakı xidmətləri, Çin və təmsil etdiyi ölkənin mədəniyyət mübadiləsindəki fəallığı ilə seçilənlərdir.

Müsabiqənin məqsədi Çinə xaricdən daha güclü kadrların cəlb olunmasını, Çin ilə digər ölkələr arasında elmi, təhsil, mədəni əlaqələrin dərinləşdirilməsini təşviq etməkdir. İldə bir dəfə keçirilən müsabiqə 2011-ci ildən təşkil olunur.

Qeyd edək ki, Aqşin Əliyev 2005-ci ildə Şanxay Universitetində Çin dilinin tədrisi ixtisası üzrə bakalavr, 2008-ci ildə isə Çin dilinin filologiyası ixitsası üzrə magistr təhsili alıb. 2013-cü ildə Şərqi Çin Pedaqoji Universitetində “Müasir Çin dilində reduplikativ sifətlərin müvafiq problemləri” doktorluq dissertasiyasını müdafiə edib və Şanxay Pedaqoji Universitetində post-doktorantura təhsil səviyyəsinə daxil olaraq, “Çincə-Azərbaycanca lüğət və onun nəzəri əsasları” elmi işini tamamlayıb. A.Əliyev 2016-cı ildə Azərbaycan dili ixtisası üzrə tədrisin təşkili məqsədi ilə Pekin Xarici Dillər Universitetinə dəvət olunub.

Hazırda PXDU-da Azərbaycan dili kafedrasının müdiri olan gənc alim, bundan baqşa universitetin regionşünaslıq kafedrasının tədqiqatçısı, Çin Sosial Elmlər Akademiyasının dəvətli alimi, “Bir kəmər, bir yol” Gənc Çinşünaslar Alyansının sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Çin üzrə əlaqələndiricisi, Çin Tərcümə Şəbəkəsinin aparıcı məsləhətçisi kimi fəaliyyətini davam etdirir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı