Dövlət Təhlükəsizliyi Xidmətinin Sabirabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Oxu24.com xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında Sabirabad İH İnformasiya təminatı və təhlil sektorunun müdiri Aftandil Həsənov deyib. O bildirib ki, İcra Hakimiyyətinin hər hansı işçisi saxlanılmayıb.
Qeyd edək ki, mətbuatda Sabirabad rayon İcra Hakimiyyətində DTX-nin əməliyyat keçirməsi, əməliyyat zamanı başçının müavini Həsən Həsənovun və bir sıra şəxslərin saxlanılması barədə məlumat yayılmışdı.
Oxu24.com
ŞƏRHLƏR