Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30913
az

Ağır qəza: 5 yaralı var (VİDEO)

15:1311 May, 2020
771
  • A

Qaxda beş nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA TV-nin məlumatına görə, hadisə rayonun Cəlayir kəndi ərazisində baş verib.   

Balakən rayon sakini 29 yaşlı Tural Eminovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Zaqatala sakini 33 yaşlı Nail Daşdəmirova məxsus “VAZ 21099” toqquşub.

Qəza nəticəsində sürücü Tural Eminov, onun anası 49 yaşlı İntizar Eminova, eləcə də digər sürücü Nail Daşdəmirova və sərnişinləri - 44 yaşlı Xuraman Qarakişiyeva və onun qızı 23 yaşlı Raisa Zeynalova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan Nail Daşdəmirovun xəsarəti yüngül olduğundan o, ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 

Qəzanın güclü yağan yağış və yüksək surət səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
SON DƏQİQƏ! Rusiyaya hücum başladı: Bu şəhərlər boşaldılır

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var