Son günlər ərzində yağan güclü yağışlar qərb bölgəsində, xüsusilə Ağstafada fəsadlar törədib.
APA TV-nin yerli bürosunun məlumatına görə, Həsənsu çayına gələn sel rayonun Göycəli kəndində ikisi əsas, biri isə piyada keçidi üçün nəzərdə tutulmuş körpünü, Tatlı kəndində isə iki körpünü uçurub.
Bundan başqa, ağaclar, elektrik dirəkləri, çay ətrafı yollar da sel sularının altında qalıb.
Təbiət hadisəsi zamanı yaşayış evlərinə və əkin sahələrinə ciddi ziyan dəyməyib.
Ağstafa rayon İcra Hakimiyyətinin nəzdindəki fövqəladə komissiyadan bildirilib ki, hazırda ərazidə əhalinin keçidi üçün müvəqqəti işlər görülüb. Körpülərin tam bərpa edilməsi üçün isə ağır texnika əraziyə cəlb edilməlidir ki, bu da sel suları azalandan sonra mümkün olacaq.
Oxu24.com
ŞƏRHLƏR