Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30887
az

Əhaliyə işıqla bağlı MÜRACİƏT - SON DƏQİQƏ

23:0010 May, 2020
763
MANŞET
  • A

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib.

Bunu Metbuat.az-a qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.

Onun sözlərinə görə, mövcud hava durumu ilə əlaqədar əlavə mal-material və texnika da ayrılıb: "Ötən gecədən başlayaraq güclü küləklə müşaiyət olunan yağışlı hava "Mərkəzi Aran" Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisində olan Göyçay, Ağsu ,"Bakı" RETSİ-nin ərazisində olan Abşeron rayonu ərazisində elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaradıb. Əməkdaşlarımızın operativliyi nəticəsində fasilələr qısa müddətdə aradan qaldırılıb".

"Azərişıq" rəsmisi abunəçilərdən xahiş edib ki, baş verə biləcək hər hansı hadisənin qarşısını almaq üçün "Çağrı Mərkəzi" ilə əlaqə saxlasınlar: "Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən istehlakçılardan xahiş edirik ki, elektrik enerjisinin təchizatında yaranan hər hansı problem, yaxud qəza ilə üzləşdikdə 24 saat fəaliyyət göstərən 199 saylı "Çağrı Mərkəzi" ilə əlaqə saxlasınlar. Xatırladım ki, son illər "Azərişıq"ın elektrik şəbəkələrində apardığı yenidənqurma işləri nəticəsində istehlakçılar ölkə boyu dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Azərbaycan Suriya xalqının problemlərinin həllinə dəstək verməyə hazırdır"- Prezident
Çörəyi belə saxlamayın
Qardaşları faciəvi şəkildə ölən qız dəm qazının QURBANI OLDU

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Sabiq rəisin cəzası- 2 il 6 ay artırıldı