Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30874
az

İnsan bədəni haqda bilmədiyimiz məlumatlar: Gələcəkdə yoluxacağımız xəstəlik...

20:4410 May, 2020
1160
TİBB
  • A

Genetika irsiyyət və dəyişkənlik qanunları haqqında elmdir. Tədqiqat obyektindən asılı olaraq bitkilərin, heyvanların, mikroorqanizmlərin, insanların və s. genetikası təsnif edilir.
Yerin biosferasında yaşayan bütün canlılar əslində irsi məlumatları özündə saxlayan mürəkkəb hüceyrə formulaları şəklində birləşmiş karbon, oksigen və hidrogendən ibarətdir.
Hər bir orqanizmin varlığının formasını genlər təyin edirlər. Genlər bir nəsilə valideynləri tərəfindən verilən təlimat toplusudur. Bu “təlimatlar” hər hansı bir canlı orqanizmin hər bir hüceyrəsində gizlidir və DNT adlanan maddənin uzun iplərində saxlanılır.

İnsan genomuna aid maraqlı faktlar

DNT deoksiribonuklein turşusudur. “X” və ya “Y” hərfi şəklində yığcam bükülmüş uzun DNT ipləri xromosom adlanır. Xromosomlar çoxlu genlərdən ibarətdir. Bir gen hüceyrə təlimatları olan xüsusi bir DNT ardıcıllığıdır. DNT bir nərdivana bənzəyir və “ikiqat spiral” adlanır. Bu nərdivanın pilləkənləri dörd elementdən təşkil olunub: adenin, timin, sitozin və quanin. Bu maddələrin ardıcıllığı böyük əhəmiyyət kəsb edir. Məhz o ardıcıllıq müəyyən edir ki, canlı banan, kərgədan, yoxsa insandır. İnsanın saç rəngi, göz və dəri rəngini də həmin nərdivan müəyyən edir. İnsan orqanizminin cəmi bir hüceyrəsinin DNT zəncirini dartıb uzatsaq insan boyuna bərabər olar. Bütün DNT zəncirlərinin belə uzunluğu isə Yerdən Aya qədər olan məsafəni 6 min dəfə əhatə edər. İnsan genomu bütünlükdə kompyuter yaddaşına köçürülsə, 3 terabayt yer tutar.

Buna baxmayaraq, insan DNT-sinin yalnız 2%-i orqanizmə aydın təlimatlar verir, qalanı “faydasız DNT” hesab edilir, çünki hələlik əldə olunan məlumatlara görə, heç bir şeyə cavabdeh olmadığı deyilir.

Genetika elminin bu və digər məlumatları tibb və biologiyanın inkişafına çox böyük təkan verib. Hansı heyvan növlərinin bir-birlərinə yaxın olduğu müəyyən edilib. Məsələn, məlum olub ki, müxtəlif növ balinalar begemotlarla görünüş cəhətdən bənzər olmasalar da, genomları baxımından çox oxşardırlar. Bu, balina və begemotların əcdadlarının eyni olduğunu göstərir.

Genetika sahəsinin öyrənilməsinin məhz tibb elmi üçün faydaları daha çox oldu. Nəticədə müxtəlif xəstəlikləri müalicə edən dərmanların və müalicə üsullarının daha çox hansı heyvanlar üzərində “sınanılması” məlum oldu.

Müxtəlif orqanizmlərin DNT-lərinin təhlili təkamül nəzəriyyəsinin tədqiqində yeni üfüqlər açır. Etnik qruplar arasında ayırd edilən DNT sahələrinin öyrənilməsi böyük ümidlər verir. Bu cür yanaşma müxtəlif qrupların ayrı-ayrı xəstəliklərə qarşı yüksək həssaslığının sirrini aça və onların aradan qaldırılması yollarını öyrənməyə kömək edə bilər.

Gələcəkdə bizləri nələr gözləyir?

Genetik təsnifat və irsi xəstəliklərin genetik terapiyası, genetik məlumatlara əsaslanan dərmanlar, psixi xəstəliklərin diaqnostika üsullarının dəyişməsi və s. Alimlər söyləyirlər ki, yaxın gələcəkdə insan genomunun müəyyən olunması adi laborator prosedur olacaq. İnsanın hansı xəstəliklərə meyilli olması valideynlərinin genomları əsasında ana bətnində müəyyən olunacaq. Həkimlər xəstəni müalicə etmək üçün qanın ümumi analizinə göndərdikləri kimi, onun genetik kodunun ilkin təyini proseduruna da göndərəcəklər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diş əyriliklərini neçə yaşa qədər müalicə etmək mümkündür?
Dünyada koronavirusa yoluxanların sayı 84 milyonu keçib
Skolyoz nədir və necə müalicə olunur?

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Sabiq rəisin cəzası- 2 il 6 ay artırıldı